...

Azərbaycanda keçiriləcək Parlament seçkilərində iştirakla bağlı reklam plakatları yaxın günlərdə yayımlanacaq - MSK

Siyasət Materials 14 Sentyabr 2010 12:34 (UTC +04:00)
Azərbaycanda keçiriləcək Parlament seçkilərində seçicilərin iştirakı ilə bağlı reklam plakatları yaxın günlərdə yayımlanacaq.
Azərbaycanda keçiriləcək Parlament seçkilərində iştirakla bağlı reklam plakatları yaxın günlərdə yayımlanacaq - MSK

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda keçiriləcək Parlament seçkilərində seçicilərin iştirakı ilə bağlı reklam plakatları yaxın günlərdə yayımlanacaq.

Mərkəzi Seçki Komissiyası plakatların hazırlanması ilə bağlı artıq sifarişlər verib. Bu barədə çərşənbə axşamı Trend-ə MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Onun sözlərinə görə, plakatlar hazır olan kimi dairə seçki komissiyalarına paylanacaq ki, onlar da öz növbələrində, plakatların əhalinin sıx yerlərində yerləşdirilməsini təmin edəcəklər.

"Növündən asılı olaraq plakatların sayı 20-30 min arasıdır. Reklam plakatları elə müəyyənləşib ki, ölkənin bütün ərazisində yaymaq mümkün olsun", - Sarıyev deyib.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti