...

Qırğızıstanda parlament seçkiləri dinc şəraitdə keçəcək – ekspertlər

Siyasət Materials 30 Sentyabr 2010 09:08 (UTC +04:00)
Çox güman ki, Qırğızıstanda parlament seçkiləri dinc şəraitdə keçəcək, lakin ölkədə siyasi vəziyyət bu seçkilərdən sonra da kəskinləşə bilər. Ekspertlər bu fikirdədir.
Qırğızıstanda parlament seçkiləri dinc şəraitdə keçəcək – ekspertlər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir V.Javoronkova/

Çox güman ki, Qırğızıstanda parlament seçkiləri dinc şəraitdə keçəcək, lakin ölkədə siyasi vəziyyət bu seçkilərdən sonra da kəskinləşə bilər. Ekspertlər bu fikirdədir.

"Seçkilər çox güman ki sakit keçəcək, lakin ölkədə siyasi qarşıdurma fonunda vəziyyətin sonradan necə inkişaf edəcəyi məlum deyil", - Mərkəzi Asiya üzrə rusiyalı ekspert Stanislav Pritçin belə hesab edir.

Oktyabrın 10-da Qırğızıstanda parlament seçkilərinin keçirilməsi planlaşdırılır. 120 deputat mandatı uğrunda 29 partiyanın nümayəndəsi mübarizə aparacaq. Parlamentdə ən çox yer tuta biləcək partiya respublikanın yeni hökumətini formalaşdıracaq.

Ölkədə prezident idarəetmə sisteminin parlament idarəetmə sisteminə dəyişdirilməsi ilə bağlı qərarı cari ilin aprelində Kurmanbek Bakiyev devrildikdən sonra hakimiyyətə gələn respublikanın müvəqqəti hökuməti qəbul edib. Sonradan bu qərar bu ilin iyununda ölkədə keçirilən referendumda qanuniləşdirilib.

Müşahidəçilər tez-tez Qırğızıstanın parlament sisteminə keçməyə hazır olmadığını bildirir, hətta ölkədə qeyri-sabitliyin yeni dalğası haqqında xəbərdarlıq edirlər.

Lakin ekspertlər hesab edirlər ki, daxili qüvvələrin seçkilərdən əvvəl vəziyyəti qeyri-sabitləşdirmək üçün mümkün cəhdlərinə baxmayaraq, seçkilər sakit tərzdə keçəcək.

"Keçmiş prezident Bakiyevin müttəfiqləri və digər hökumət əleyhinə qüvvələr, o cümlədən narkotik alverçiləri seçkiqabağı dövrdən hökumətlə toqquşma və ya hökumətin cənub üzərində nəzarətini sarsıtmaq üçün istifadə edə bilərlər", - Trend-ə elektron poçtla Mərkəzi Asiya üzrə avropalı ekspert Jana Kobzova deyib.

Qırğız ekspert Orozbek Moldaliyevin fikrincə, parlament seçkilərindən əvvəl ölkədə vəziyyətin mümkün kəskinləşməsi ilə bağlı söhbətlər xarici KİV-lərin PR aksiyasının bir hissəsidir.

"MDB-nin internet məkanı və KİV qarşıdan gələn parlament seçkiləri ilə bağlı "qorxu ilə doludur", lakin mən hesab edirəm ki, seçkilər sakit keçəcək", - Trend-ə Bişkəkdən telefonla Moldaliyev bildirib.

Onun fikrincə, indi Qırğızıstanda "siyasi alver" üçün bəhanə yoxdur, belə ki, seçki kampaniyasında parlament seçkilərində təmsil olunacaq 29 partiyanın hamısı iştirak edir, bundan başqa, bu kampaniyada əvvəlki hökumətin nümayəndələri iştirak etmirlər.

"Onlar bir-birinə göz qoyacaqlar ki, bu da spekulyasiya üçün bəhanələrin yaranmasını istisna edir", - Moldaliyev bildirib.

Lakin MDU-nun elmi əməkdaşı Pritçinin fikrincə, hakimiyyətin vəziyyətin nəzarət altında olması ilə bağlı rəsmi bəyanatlarına baxmayaraq, hələ də özünü göstərə biləcək çoxlu faktorlar var.

"Hazırda Qırğızıstanın başlıca problemlərindən biri ölkənin açıq-aşkar şimal və cənuba bölünməsidir", - Avropa Şurasının beynəlxalq münasibətlər üzrə (ECFR) eksperti Kobzova belə fikirləşir.

"Seçki iştirakçıları regional partiyalar "Ata-Məkan", Qırğızıstanın Sosial-Demokrat Partiyası və "Ak-Şumkar" şimal partiyalarıdır və onların ölkənin cənubunda dəstəyi yoxdur, - Trend-ə telefonla Moskvadan Trend-in Ekspert Şurasının üzvü Pritçin deyib. - Digər tərəfdən Qırğızıstanın başlıca müxalif qüvvəsi "Ata-Jurt" partiyası cənub partiyasıdır. Seçkiqabağı mübarizə səviyyəsində ölkədə müəyyən parçalanma var".

Moldaliyevin fikrincə, seçkilərin tam "hamar keçəcəyinə" əmin olmaq lazım deyil, belə ki, bu, ölkədə ilk demokratik seçkilərdir.

"Əlbəttə, seçkilərdən sonra da müəyyən narazılıqların olması mümkündür, narazı olanlar həmişə var, lakin Mərkəzi Komissiya tərəfindən seçkilərin nəticələrini saxtalaşdırmağın mənası olmadığına görə bütün iradlar məhkəmədə həll ediləcək", - Moldaliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti