...

Azərbaycanın hərbi hissələrində baş verən qanun pozuntularının yoxlanılması üçün yeni qurum yaradılacaq

Siyasət Materials 7 Oktyabr 2010 14:05 (UTC +04:00)
Azərbaycanın hərbi hissələrində baş vermiş qanun pozuntularının yoxlanılması üçün Müdafiə Nazirliyi nəzdində yeni qurum yaradılacaq
Azərbaycanın hərbi hissələrində baş verən qanun pozuntularının yoxlanılması üçün yeni qurum yaradılacaq

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hərbi hissələrində baş vermiş qanun pozuntularının yoxlanılması üçün Müdafiə Nazirliyi nəzdində yeni qurum yaradılacaq.

Trend-in məlumatına görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin cümə axşamı keçirilən iclasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi"ndə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Ziyafət Əsgərov bildirb ki, qanuna edilən dəyişikliklər hərbi hissələrdə baş verən qanun pozuntularının, eləcə də qanun pozuntularının araşdırılması ilə bağlı yeni yaradılacaq qurumla əlaqədardır.

Əsgərovun sözlərinə görə, mövcud qanunvericiliklə hərbi hissələrdə baş verən qanun pozuntuları ilə bağlı təhqiqatları həmin hərbi hissələrin komandirlərinin tapşırığına əsasən təyin olunan şəxslər aparır.

Qanuna edilən dəyişiklikdən sonra hərbi hissədə baş verən cinayətlərin araşdırılması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsi nəzdində yeni qurum yaradılacaq. Həmin qurumlar əsasında da hərbi hissələrdə baş verən qanun pozuntuları, cinayətlər tam araşdırılacaq.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti