Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı - ECO-ya üzv ölkələrin sərhəd xidmət rəislərinin iclası keçiriləcək. Bunu İran İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari bildirib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.
Zülfüqari əlavə edib ki, iclas İqtisadi Əməkdaşlıq Təşkilatı - ECO-ya üzv ölkələrin sərhəd xidmət rəislərinin iştirakı ilə gələn həftə keçiriləcək.
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda quruma Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan ölkələri üzvdür.