...

İlham Əliyev Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 15 Oktyabr 2010 02:39 (UTC +04:00)
Prezident İlham Əliyev oktyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

RED: əlavəsi: şəkillər əlavə olunub

Prezident İlham Əliyev oktyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, ikimərtəbəli binanın ümumi sahəsi 400 kvadratmetrə yaxındır. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Binada Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin ictimai-siyasi həyatında, o cümlədən, YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. Yüz kvadratmetr sahəsi olan iclas zalında 80 nəfərlik müasir oturacaqlar quraşdırılmışdır. İkinci mərtəbədə ulu öndər Heydər Əliyevin kəlamlarını əks etdirən guşə yaradılmışdır. İş otaqları da bu mərtəbədədir. Bütün otaqlar lazımi avadanlıq və kompyuterlə təchiz olunub.

Binanın qarşısındakı geniş sahədə yaşıllıq zolağı salınmış, fəvvarə quraşdırılmışdır.

Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirdi.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti