...

Gürcüstan Prezidenti milli birliyə çağırıb

Siyasət Materials 15 Oktyabr 2010 11:33 (UTC +04:00)
Gürcüstan Prezidenti ölkə xalqını Gürcüstanın qədim paytaxtı Mtsxetanın verdiyi dərsləri öyrənməyə çağırıb.
Gürcüstan Prezidenti milli birliyə çağırıb

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti ölkə xalqını Gürcüstanın qədim paytaxtı Mtsxetanın verdiyi dərsləri öyrənməyə çağırıb.

Cümə axşamı Mtsxetada dini bayram şərəfinə keçirilən konsertdə Azərbaycan XİN başçısının rəhbərlik etdiyi diplomatik korpusun nümayəndələrinə, parlament, hökumət üzvlərinə müraciət edən Mixeil Saakaşvili bəyan edib ki, Mtsxeta - Gürcüstanın bütün tarixi ərzində yaşadıqlarının rəmzidir. Belə ki, o özü Gürcüstanın tarixidir.

"Mtsxetada "kimik və hara gedirik" barədə düşünməmək olmaz. Bu şəhər yüksəliş və tənəzzül, tikinti, dağıntılar görüb və burada, hətta ən çıxılmaz vəziyyətlərdə belə igidcəsinə doyüşməyi və sonadək mübarizə aparmağı üstün tutan qəhrəmanlarımızın qanı axıdılıb", - o bildirib.

Prezident qeyd edib ki, şəhərin qədim divarlarına və Svetitsxoveli məbədinə baxanda hər bir gürcü öz azadlıq və müstəqilliyini qorumaq üçün arasıkəsilməz qüvvə və istək hiss edir.

"Bu gün Gürcüstan üçün çətindir, bir çox həmvətənlərimiz işsiz və məvacibsizdir və bu gün bizə işğalçılar hücum edir. Elə indi 30 kilometrlik məsafədən bizi izləyir və istənilən an bütövlüyümüzü hədələyirlər; minlərlə vətəndaş isə öz doğmа evlərinə qayıda bilmir, lakin biz təslim olmuruq - həm tikir, həm də işləyirik. Bu, Mtsxetanın bizə öyrətdiyi dərslərdir. Mtsxeta bizim kamilliyə doğru cəhdlərimizin rəmzidir, ona görə bizim yolumuz irəliləyiş və inkişafdır", - o qeyd edib.

Saakaşvili bəyan edib ki, Gürcüstan rəqabətqabiliyyətli ölkə olmaq istəyir, inkişafın quyruğunda sürünmək istəmir. "Biz orta əsrlərədək inkişaf etmişik və bir çoxlarını qabaqlamışıq, bu barədə ətrafımızdakı abidələr deyir. Lakin biz gerilədik və indi irəli getməli və qlobal dünyanın bir hissəsi olmalıyıq, bunun üçün isə savadlı adamlar olmaq lazımdır", - o bildirib.

Gürcüstan Prezidenti qeyd edib ki, Mtsxeta daha bir dərs verib - millətin birliyi. "Biz xəyanətin qiymətini yaxşı bilirik, təəssüf ki, o bizim tariximizdə çox olub, lakin bir çox əsrlər bundan əvvəl burada, Gürcüstanın qədim paytaxtında elan olunan birliyə doğru getməliyik. Biz o vaxt anlamışdıq ki, vahid Gürcüstanı heç kim məğlub edə bilməz və bu gün bizə birliyimizi qaytara biləcək həmrəylik lazımdır", - o qeyd edib.

O, bu gün Mtsxetanın yenidən qurulmasından və tanınmaz olmasından məmnunluğunu ifadə edib. "Biz yeni binalar tikirik və hamıya aydındır ki, bizdən elə bu qalacaq. Hakimiyyət dəyişəcək, lakin tikilən binalar adamlara qalacaq", - Saakaşvili qeyd edib.

Xəbər lenti

Xəbər lenti