...

Azərbaycanda jurnalistlər üçün seçki maarifləndirilməsinə dair kitab nəşr edilib (FOTO)

Siyasət Materials 20 Oktyabr 2010 12:04 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondu birgə seçki prosesində jurnalistlərə kömək məqsədilə "Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə" adlı kitab çap etdirib.
Azərbaycanda jurnalistlər üçün seçki maarifləndirilməsinə dair kitab nəşr edilib (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondu birgə seçki prosesində jurnalistlərə kömək məqsədilə "Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə" adlı kitab çap etdirib. Bununla bağlı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında çərşənbə günü kitabın təqdimat mərasimi keçirilib.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, seçki prosesinin işıqlandırılması, əhalinin maarifləndirilməsi, siyasi partiyalar, koalisiyalar, namizədlərin proqramlarının, platformalarının seçicilərə çatdırılmasında, təbliğat-təşviqat kampaniyasının aparılmasında KİV-in rolu əvəzsizdir.

O qeyd edib ki, KİV seçki prosesini ədalətli, əhatəli, düzgün və qərəzsiz işıqlandırmalı, bununla bağlı qanunvericiliyin tələblərinə əməl etməlidir.

Kitabda seçki hüququ, seçki hüququnun məhdudlaşdırıldığı hallar, səsvermə qaydaları, müşahidələrin aparılması, müşahidəçilərin hüquq və vəzifələri, seçki təşviqatının aparılması, KİV-lərin seçkilərdə iştirakı və digər məsələlərlə bağlı qanunvericiliyin tələbləri, bu sahədəki qabaqcıl təcrübələr barədə geniş məlumat verilib, seşki ilə bağlı qanunvericiliyin müddəaları şərh olunub.

Kitab AVCİYA və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) dəstəyi ilə nəşr edilib.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti