...

Avropa İttifaqı Gürcüstan ərazilərinin işğal olunması ilə bağlı RF-in mövqeyi ilə razı deyil - Aİ müşahidə missiyasının rəhbəri

Siyasət Materials 20 Oktyabr 2010 16:10 (UTC +04:00)
Rusiya Gürcüstanın Saçher rayonunun Perevi kəndindən öz hərbi hissələrini çıxarmaqla, 2008-ci il 12 dekabr atəşkəs sazişinin yerinə yetirilməsi üzrə yalnız ilk addım atıb. Bu barədə Aİ müşahidə missiyasının rəhbəri Hans Yorq Xaber bu gün Tbilisidə jurnalistlərə bildirib.
Avropa İttifaqı Gürcüstan ərazilərinin işğal olunması ilə bağlı RF-in mövqeyi ilə razı deyil - Aİ müşahidə missiyasının rəhbəri

Gürcüstan, Tbilisi, 20 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Rusiya Gürcüstanın Saçher rayonunun Perevi kəndindən öz hərbi hissələrini çıxarmaqla, 2008-ci il 12 dekabr atəşkəs sazişinin yerinə yetirilməsi üzrə yalnız ilk addım atıb. Bu barədə Aİ müşahidə missiyasının rəhbəri Hans Yorq Xaber bu gün Tbilisidə jurnalistlərə bildirib.

Rusiya XİN-in bəyanatına görə, Moskva Perevidən qoşunlarını çıxarmaqla, sazişin bütün şərtlərini yerinə yetirib və bu məsələ ilə bağlı onun beynəlxalq öhdəliyi qalmayıb.

"Bu, Rusiyanın mövqeyidir, lakin Aİ-nin nöqteyi-nəzəri başqadır", - Xaber qeyd edib. O qeyd edib ki, Rusiya qoşunları 2008-ci il avqustun 8-dək tutduqları mövqelərinə qayıtmalıdırlar.

Lakin Xaber bu gündən Perevi sakinlərinin məhdudiyyətsiz yerdəyişmə imkanına malik olduqlarından razılığını bildirib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və tanınmamış iki respublikanı işğal olunmuş ərazilər elan edib.

Xəbər lenti

Xəbər lenti