...

Azərbaycan MSK bundan sonra yalnız poçt vasitəsilə gecikən müraciətlərə baxacaq - sədr

Siyasət Materials 21 Oktyabr 2010 17:04 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bundan sonra yalnız əvvəlcədən poçt vasitəsilə göndərilən və buna görə gecikən müraciətlərə baxacaq.
Azərbaycan MSK bundan sonra yalnız poçt vasitəsilə gecikən müraciətlərə baxacaq - sədr

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bundan sonra yalnız əvvəlcədən poçt vasitəsilə göndərilən və buna görə gecikən müraciətlərə baxacaq. Bunu cümə axşamı MSK-nın iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

"MSK-ya bu günə qədər 169 müraciət daxil olub", - Pənahov bildirib.

Onun sözlərinə görə, baxılan müraciətlərin 128-də dairə seçki komissiyasının qərarı qüvvədə qalıb, 41 müraciətlə bağlı MSK-da müsbət qərar qəbul olunub, 4 nəfər isə öz ərizəsi ilə müraciətini geri götürüb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti