...

Şahzadə Eduard Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin yeni binasının açılışında iştirak edəcək

Siyasət Materials 22 Oktyabr 2010 19:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Noyabrın 4-5-də Böyük Britaniya Kral ailəsinin üzvü Şahzadə Eduard Gürcüstana gələcək. O, Böyük Britaniyanın Tbilisidəki səfirliyinin yeni binasının rəsmi açılışında iştirak edəcək. Bu barədə Trend-ə Böyük Britaniyanın Gürcüstandakı səfirliyindən bildirilib.

Səfər zamanı Şahzadə Eduard Gürcüstanın hökumət nümayəndələri və ölkədə çalışan britaniyalı iş adamları ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti