...

Azərbaycan iqtidarı Parlament seçkilərinin demokratik, şəffaf və azad şəraitdə keçirilməsində maraqlıdır - spiker Oqtay Əsədov

Siyasət Materials 23 Oktyabr 2010 14:42 (UTC +04:00)
Azərbaycan iqtidarı Parlament seçkilərinin demokratik, şəffaf və azad şəraitdə keçirilməsində maraqlıdır.
Azərbaycan iqtidarı Parlament seçkilərinin demokratik, şəffaf və azad şəraitdə keçirilməsində maraqlıdır - spiker Oqtay Əsədov

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan iqtidarı Parlament seçkilərinin demokratik, şəffaf və azad şəraitdə keçirilməsində maraqlıdır. Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Parlament seçkiləri üzrə müşahidə missiyasının üzvləri ilə şənbə günü keçirilən görüşdə Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

"Parlament seçkisinin demokratik və şəffaf keçirilməsi üçün lazımi tədbirlər görülüb", - Əsədov bildirib.

Parlamentin spikeri Milli Məclisin ölkədə demokratiyanın daha da dərinləşməsi üçün qanunvericilik aktlarına bir sıra dəyişikliklər etdiyini və qanunların Avropa standartlarına uyğunlaşdırılması üçün məqsədyönlü fəaliyyət göstərdiyini bildirib.

Sədr ATƏT-in müşahidə missiyasının seçki prosesinə obyektiv mövqedən yanaşacağına inamını ifadə etdi.

Müşahidə missiyasının rəhbəri xanım Odri Qlover təmsil etdiyi qurumun namizədlərin qeydə alınması ilə əlaqədar artıq ilkin hesabatı təqdim etdiyini və missiya üzvləri prosesi izləməkdə davam etdiyini bildirib.

Görüşdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Parlament seçkiləri üzrə müşahidə missiyasının üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirildi.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti