...

Aİ nümayəndə heyəti Daşkənddə Özbəkistanla əməkdaşlığın perspektivlərini müzakirə edib

Siyasət Materials 25 Oktyabr 2010 10:38 (UTC +04:00)
Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi Aİ nümayəndə heyəti cümə axşamı Daşkəndə səfər çərçivəsində Özbəkistan Ali Məclisinin Senatında (Özbəkistan Parlamentinin yuxarı palatası), Nazirlər Kabinetində və respublika XİN-də danışıqlar aparıblar.
Aİ nümayəndə heyəti Daşkənddə Özbəkistanla əməkdaşlığın perspektivlərini müzakirə edib

Özbəkistan, Daşkənd, 25 oktyabr /Trend, müxbir D.Əzizov/

Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi Aİ nümayəndə heyəti cümə axşamı Daşkəndə səfər çərçivəsində Özbəkistan Ali Məclisinin Senatında (Özbəkistan Parlamentinin yuxarı palatası), Nazirlər Kabinetində və respublika XİN-də danışıqlar aparıblar.

Görüşlərdə Özbəkistanla Aİ arasında əməkdaşlığın inkişafının cari vəziyyəti və perspektivləri müzakirə olunub. Bu barədə respublika XİN mətbuat xidməti məlumat verib.

Tərəflər Özbəkistanla Aİ arasında əməkdaşlığın potensialından, ilk növbədə, ticari-iqtisadi və investisiya sahələrindən daha səmərəli istifadə olunmasının zəruriliyi ilə razılaşıblar.

Danışıqlarda qarşılıqlı maraq doğuran beynəlxalq və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. O cümlədən, Əfqanıstanda sülh və sabitliyin əldə olunması, bu yaxınlardakı Parlament seçkiləri kontekstində Qırğızıstandakı vəziyyət və iyun ayında ölkənin cənubunda baş vermiş faciəli hadisələr müzakirə olunub.

"Biz Qırğızıstandakı vəziyyətə münasibətdə Özbəkistanın tutduğu mövqeyi, eləcə də regionda vəziyyətin gərginləşməsinə yol verilməməsi ilə bağlı özbək tərəfinin gördüyü tədbirləri yüksək qiymətləndiririk", - Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.

Mərkəzi Asiyada su-enerji resurslarından ədalətli və bərabər istifadə probleminə toxunan Morel, Dünya Bankı tərəfindən Roqun SES-də ekspertizanın aparılmasının vacibliyini qeyd edib.

Danışıqlar zamanı terrorizm, ekstremizm, insan alveri və digər transmilli təhlükəsizılik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Özbəkistan nümayəndələri Avropa İttifaqı ilə sərhədlərin möhkəmləndirilməsi və insan alveri ilə mübarizənin gücləndirilməsi səylərinin artırılması sahəsində Aİ ilə qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti