...

MSK seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsini bu həftə başa çatdıracaq

Siyasət Materials 26 Oktyabr 2010 17:13 (UTC +04:00)
Oktyabrın 29-da Azərbaycan Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsini başa çatdıracaq.
MSK seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsini bu həftə başa çatdıracaq

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Oktyabrın 29-da Azərbaycan Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsini başa çatdıracaq. Bu barədə çərşənbə axşamı MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bülletenlərin hazırlanması və göndərilməsi yüksək templə gedir.

"Məsələn, çərşənbə axşamı 40-dan çox dairə seçki komissiyası bülletenləri alıb", - Pənahov qeyd edib.

Seçki qanunvericiliyinə əsasən, Azərbaycanda seçkilərə beş gün qalmış seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsi başa çatır, seçki məntəqələri onları səsverməyə üç gün qalmış alır.

Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti