Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/
Ukrayna Prezidenti Viktor Yanukoviçin rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin proqramı açıqlanıb.
Azərbaycan Prezidentinin səfəri oktyabrın 28-də Viktor Yanukoviçin və İlham Əliyevin naməlum əsgərin məzarı önünə əklil qoyulması mərasimi ilə başlayacaq.
Həmçinin, hər iki ölkənin prezidentləri Ukraynada Böyük aclıq (Qolodomor) qurbanlarının xatirəsini yad edəcəklər.
Daha sonra dövlət başçılarının "təkbətək" formatda görüşü keçiriləcək, bundan sonra Ukrayna və Azərbaycan prezidentlərinin iclası keçiriləcək. İclas ikitərəfli sənədlərin imzalanması ilə başa çatacaq.
Günorta dövlət başçılarının kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşü planlaşdırılıb.