...

Azərbaycan Ukrayna ilə hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir – Prezident İlham Əliyev

Siyasət Materials 27 Oktyabr 2010 13:03 (UTC +04:00)
Azərbaycan Ukrayna ilə hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Azərbaycan Ukrayna ilə hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Ukrayna ilə hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

"Hərbi-sənaye kompleksi sahəsində yaxşı ənənələr var. Uzun illər ərzində Azərbaycan Ukraynadan hərbi texnika, silah alır. Biz yaxşı perspektivə malik olan bu əməkdaşlıqdan çox razıyıq", - Prezident İlham Əliyev Ukraynaya rəsmi səfəri ərəfəsində bir sıra Ukrayna KİV-lərinə müsahibəsində qeyd edib. Bu barədə Ukraynanın "Den" ("Gün") qəzeti yazır.

"Bizim maliyyə imkanlarımız müstəqilliyin ilk illəri ilə müqayisəolunmaz dərəcədə böyükdür. Gələn ildən Azərbaycanın müdafiə xərcləri 3 milyard dollardan artıq olacaq. Bunun böyük hissəsi texnikanın alınmasına və onun ölkəmizin daxilində istehsalına sərf olunacaq", - dövlət başçısı deyib.

Prezident bildirib ki, Azərbaycanda hərbi-sənaye kompleksinin yaradılmasına başlanılıb, bu gün onun məhsulları artıq beynəlxalq sərgilərdə nümayiş etdirilir və ixrac olunur. "Və onu da demək lazımdır ki, bu, qismən ukraynalı tərəfdaşların köməyi ilə yaradılıb. Bu sahədə birgə müəssisələr var və biz əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik", - İlham Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti