...

Azərbaycanda Parlament seçkilərinin müşahidəçilərinin viza almaları ilə bağlı bütün problemlər həll olunub - Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov

Siyasət Materials 28 Oktyabr 2010 11:38 (UTC +04:00)
Ölkəyə gəlişləri əvvəlcədən planlaşdırılan beynəlxalq müşahidəçilərin, eləcə də xarici KİV nümayəndələrinin vizalarını almaları ilə bağlı bütün problemlər həll olunub. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Azərbaycanda Parlament seçkilərinin müşahidəçilərinin viza almaları ilə bağlı bütün problemlər həll olunub - Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Ölkəyə gəlişləri əvvəlcədən planlaşdırılan beynəlxalq müşahidəçilərin, eləcə də xarici KİV nümayəndələrinin vizalarını almaları ilə bağlı bütün problemlər həll olunub. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Beynəlxalq müşahidəçilərin viza almaqla bağlı problemləri bəzi KİV nümayəndələrinin uydurmasıdır", - o deyib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub. Sentyabrın 3-dən seçkilərə rəsmi start verilib.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Mərkəzi Seçki Komissiyasında bu günədək 581 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Müşahidəçilərin ümumi sayı 25 min nəfəri ötür.

Əli Həsənovun sözlərinə görə, vizaların rəsmiləşdirilməsi məsələsində yeni qaydalar tətbiq edilib. "Əvvəllər səfirlik, konsulluqlarımızın fəaliyyət göstərdikləri ölkələrin vətəndaşları onlara hörmətsiz yanaşırdılar və vizaları bilavasitə aeroportlardan alırdılar", - Əli Həsənov bildirib.

Azərbaycanda ölkə Prezidentinin Fərmanına uyğun olaraq, oktyabrın 15-dən respublikaya gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosedurunda dəyişikliklər edilib.

Fərmanda deyilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər:

- Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;

- Azərbaycan Prezidentinin, Baş nazirinin, Milli Məclis sədrinin, Prezident Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin rəsmi dəvəti ilə Azərbaycana gəldikdə;

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəmə sədrinin, baş prokurorun, insan hüquqları üzrə Müvəkkilin (Ombudsman), Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;

- xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin, əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;

- fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;

- Azərbaycan Respublikasında yaşayan, ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).

Xəbər lenti

Xəbər lenti