...

Azərbaycanın Gəncə şəhərində seçicilərin 45,05 faizi səsvermədə iştirak edib (YENİLƏNİB-3)

Siyasət Materials 7 Noyabr 2010 20:11 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərində saat 19:00-a olan məlumata görə, seçicilərin 45,05 faizi səsvermədə iştirak edib.
Azərbaycanın Gəncə şəhərində seçicilərin 45,05 faizi səsvermədə iştirak edib (YENİLƏNİB-3)

RED. əlav.: Gəncədə saat 19:00-a olan səsvermənin nəticələri əlavə olunub

Azərbaycan, Gəncə, 7 noyabr /Trend, müxbir V.Məmmədov/

Azərbaycanın Gəncə şəhərində saat 19:00-a olan məlumata görə, seçicilərin 45,05 faizi səsvermədə iştirak edib.

Gəncə şəhərində yerləşən dairə seçki komissiyalarından (DSK) verilən məlumata görə, saat 19:00-a kimi şəhərdə olan 148 861 seçicidən 67 074 nəfəri məntəqələrə gələrək səs veriblər.

Gəncə şəhərində 37, 38, 39 və 40 saylı olmaqla dörd DSK var. Şəhərdə 148 861 seçici qeydiyyatdadır.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti