...

Azərbaycanda keçirilən seçkilərdə səsvermə prosesində ciddi pozuntu qeydə alınmayıb - kanadalı müşahidəçi

Siyasət Materials 7 Noyabr 2010 17:00 (UTC +04:00)
Bir sıra Qərb ölkələrinin parlamentindən olan müşahidəçilər Azərbaycanda Milli Məclisə seçkilər zamanı ciddi pozuntu aşkar etməyiblər. Bu barədə bazar günü jurnalistlərə Kanadanın senatoru Konsiqlio Di Nino deyib.
Azərbaycanda keçirilən seçkilərdə səsvermə prosesində ciddi pozuntu qeydə alınmayıb - kanadalı müşahidəçi

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir М.Əliyev/

Bir sıra Qərb ölkələrinin parlamentindən olan müşahidəçilər Azərbaycanda Milli Məclisə seçkilər zamanı ciddi pozuntu aşkar etməyiblər. Bu barədə bazar günü jurnalistlərə Kanadanın senatoru Konsiqlio Di Nino deyib.

"Seçkilər zamanı bütün ölkələrdə qarşılaşdığımız cüzi anlaşılmazlıqlar qeydə alınıb", - Di Nino deyib.

Kanadalı senator nəinki siyasi partiyalar, eləcə də QHT-ləri təmsil edən bu qədər çox müşahidəçinin olacağını gözləmədiyini qeyd edib.

"Mən Şərqi Avropa ölkələrində seçkilərin gedişində müşahidəçi kimi iştirak etmişəm və Azərbaycanda seçicilərin fəallığı demək olar ki, həmin səviyyədədir", - o, deyib.

Konsiqlio Di Nino və Avropa ölkələrindən olan digər parlamentarilər bu gün 25 saylı Nizami ikinci seçki dairəsinin altı seçki məntəqəsində seçkilərin gedişini müşahidə edirlər.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti