...

Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi Vaşinqtonda beynəlxalq konfransda iştirak edəcək

Siyasət Materials 8 Noyabr 2010 10:56 (UTC +04:00)
Tədbirdə Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev "Azərbaycanın xarici siyasət strategiyası və "böyük güclər"in siyasəti" mövzusunda məruzə ilə çıxış edəcək.
Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi Vaşinqtonda beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Vaşinqtonda noyabrın 9-da "ABŞ-Azərbaycan münasibətləri: strateji tərəfdaşlığın mövcud durumu" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) bazar ertəsi verilən məlumata görə, Ceymstaun Fondu və Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə Beynəlxalq sülh naminə Karnegi Fondunda keçiriləcək tədbirdə SAM-ın direktoru Elxan Nuriyev "Azərbaycanın xarici siyasət strategiyası və "böyük güclər"in siyasəti" mövzusunda məruzə ilə çıxış edəcək.

Konfransda ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müşaviri və idarə heyətinin üzvü Zbiqnev Bjezinski, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star, Ceymstaun Fondunun prezidenti Qlen Hovard və baş elmi işçisi Vladimir Sokor da məruzəçi qismində çıxış edəcəklər.

Səfər çərçivəsində Nuriyev ABŞ-ın aparıcı "beyin mərkəzləri"nin rəhbərləri ilə görüşüb, iki dövlətin analitik institutları arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa aid olan regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaq.

Xəbər lenti

Xəbər lenti