...

Azərbaycan MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb

Siyasət Materials 12 Noyabr 2010 18:23 (UTC +04:00)
Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına indiyə qədər 83 məlumat xarakterli müraciət daxil olub. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının cümə günü keçirilən iclasında sədr Məzahir Pənahov bildirib.
Azərbaycan MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına indiyə qədər 83 məlumat xarakterli müraciət daxil olub. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının cümə günü keçirilən iclasında sədr Məzahir Pənahov bildirib.

MSK-nın cümə günü keçirilən iclasında müraciətlərin 20-nə baxılaraq onlardan 9-na xitam verilib, bir müraciətin müddəti bitdiyinə görə geri qaytarılıb, qalanları isə araşdırılması üçün dairə seçki komissiyalarına göndərilib. Digər müraciətlərə isə növbəti iclaslarda baxılacaq.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılıb. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti