...

TürkPA-nın baş katibi Türkiyədə qurumun gələcək perspektivlərini müzakirə edəcək

Siyasət Materials 22 Noyabr 2010 13:43 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasinin baş katibi Ramil Həsənov Türkiyədə keçirdiyi görüşlərdə qurumun gələcək perspektivlərini müzakirə edəcək.
TürkPA-nın baş katibi Türkiyədə qurumun gələcək perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Türkdilli Ölkələrin Parlament Assambleyasinin (TürkPA) baş katibi Ramil Həsənov Türkiyədə keçirdiyi görüşlərdə qurumun gələcək perspektivlərini müzakirə edəcək.

Bu barədə bazar ertəsi Trend-ə TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, noyabrın 22-23-də TürkPA-nın baş katibinin Ankaraya səfəri çərçivəsində Türkiyə Parlamentinin rəhbərliyi ilə, o cümlədən Türkiyə Parlamentinin vitse-spikeri Nevzat Pakdil, Türkiyə Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı, Türkiyə Parlamentinin millət vəkili, "Adalet və Kalkınma" (Ədalət və İnkişaf) Partiyasının sədr müavini cənab Haluk İpek, Türkiyə Parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Alaattin Büyükkaya ilə görüşləri nəzərdə tutulub.

TürkPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir. Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti