...

Azərbaycan xarici işlər nazirinin yeni müavini təyin olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Noyabr 2010 17:23 (UTC +04:00)
RED. əlavəsi: ikinci abzasdan sonra Nadir Hüseynovun rəhbərlik etdiyi idarələr və tərcümeyi-halı əlavə edilib
Azərbaycan xarici işlər nazirinin yeni müavini təyin olunub (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: ikinci abzasdan sonra Nadir Hüseynovun rəhbərlik etdiyi idarələr və tərcümeyi-halı əlavə edilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Prezidentin sərəncamı ilə Nadir Hüseynov Azərbaycan xarici işlər nazirinin müavini təyin edilib. Bu barədə Azərbaycan XİN-in saytında yerləşdirilən məlumatda deyilir.

Buna qədər Hüseynov Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə başçılıq edib.

Nadir Hüseynovun rəhbərlik etdiyi müavinlik strukturuna ümumi katiblik, Konsulluq, İnformasiya, Kadrlar və ixtisasartırma, Maliyyə-valyuta, Tarix-arxiv, İşlər, Hüquqi təminat, Linqvistik təminat, Nazirlik və xarici nümayəndəliklərlə əlaqələr idarələri, YUNESKO üzrə Azərbaycan Milli Komissiyanın katibliyi daxildir.

Nadir Sabir oğlu Hüseynov 1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olub.

1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib.

1988-1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı, 1991-ci il noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1983-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri, 1992-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998-2010-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi vəzifələrində çalışıb. 2002-ci il yanvarın 12-də Azərbaycan Prezidentinin fərmanı ilə Hüseynova fövqəladə və səlahiyyətli səfir dərəcəsi verilib.

Xəbər lenti

Xəbər lenti