...

Azərbaycan Prezidenti Astanaya gəlib

Siyasət Materials 30 Noyabr 2010 16:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in sammitində iştirak etmək üçün Astanaya gəlib.
Azərbaycan Prezidenti Astanaya gəlib

Qazaxıstan, Astana, 30 noyabr /Trend, müxbir A.Maratov/

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in sammitində iştirak etmək üçün Astanaya gəlib.

ATƏT-in sammiti dekabrın 1-2-də Astanada keçiriləcək. Sammitdə ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi gözlənilir. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti