...

Azərbaycan Prezidenti ATƏT-in sammitində iştirak edir (FOTO)

Siyasət Materials 1 Dekabr 2010 13:55 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ATƏT-in sammitinin keçirildiyi “Müstəqillik” sarayında nümayəndə heyətlərinin rəhbərlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb
Azərbaycan Prezidenti ATƏT-in sammitində iştirak edir (FOTO)

Red.Əlavəsi: fotoşəkillər əlavə olunub.

Qazaxıstan, Astana 1 dekabr /Trend, müxbir A.Maratov/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ATƏT-in sammitinin keçirildiyi "Müstəqillik" sarayında nümayəndə heyətlərinin rəhbərlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Öncə verilən xəbərə görə, Sammit Astana vaxtilə saat 9:15-də başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edir.

Sammitdə ümumilikdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, nümayəndə heyətləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Sammit iştirakçıları birgə foto çəkdirdilər.

ATƏT-in 7-ci sammitini Qazaxıstan Prezidenti Nursultan Nazarbayev açdı.

FOTO - www.azertag.com

Xəbər lenti

Xəbər lenti