...

Gürcüstan Prezidenti Kankunda iqlim dəyişiklikləri ilə bağlı sammitdə iştirak edəcək

Siyasət Materials 6 Dekabr 2010 10:52 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili və ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri Qoqa Xaçidze Kankunda (Meksika) iqlim dəyişiklikləri problemlərinə həsr olunmuş növbəti sammitdə iştirak edəcəklər. Prezident bu gün Meksikaya gedəcək və səfər dekabrın 11-dək davam edəcək.
Gürcüstan Prezidenti Kankunda iqlim dəyişiklikləri ilə bağlı sammitdə iştirak edəcək

Gürcüstan, Tbilisi, 6 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili və ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri Qoqa Xaçidze Kankunda (Meksika) iqlim dəyişiklikləri problemlərinə həsr olunmuş növbəti sammitdə iştirak edəcəklər. Prezident bu gün Meksikaya gedəcək və səfər dekabrın 11-dək davam edəcək.

Qoqa Xaçidzenin sözlərinə görə, ötən il Kopenhagendə analoji sammit keçirilib və orada mühüm qərar qəbul etmək mümkün olmayıb. Ona görə də Kankun şəhərində iqlim dəyişiklikləri ilə bağlı növbəti sammit keçirilir.

Qoqa Xaçidzenin sözlərinə görə, Kioto Protokolu üzrə öhdəliklərin müddəti 2012-ci ildə başa çatır, ona görə də göstərilən sammitdə fəaliyyət planı işlənib hazırlanmalıdır və onun əsasında inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərilməlidir. Nazirin dediyi kimi, Amerika və Avropa İttifaqı ölkələrinin qərarına əsasən 100 milyard ABŞ dollarının toplanacağı fond yaradılacaq və gələcəkdə oradan vəsaitlər inkişaf etməkdə olan ölkələr arasında bölüşdürüləcək.

2010-cu il noyabrın 29-dan dekabrın 10-dək Meksikanın Kankun şəhərində BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyası (UNFCCC) tərəflərinin növbəti konfransı keçirilir. UNFCCC tərəfləri konfransının sessiyası konvensiya tərəflərinin sayca 16-cı və Kioto Protokolu tərəflərinin altıncı görüşüdür. Gözlənildiyi kimi, Kankunda 15 minə yaxın iştirakçı bir araya gələcək. Konfransın ilk həftəsində işçi qrupları çərçivəsində danışıqlar aparılacaq, dekabrın 7-dən isə dövlət başçıları və ekologiya və iqlim siyasəti nazirlərinin iştirakı ilə yüksək səviyyədə görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti