Gürcüstan, Tbilisi, 8 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın razılığı olmadan Rusiya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşula bilməyəcək. Bu barədə Trend-ə ölkənin Baş nazirinin mətbuat katibi Niko Mçedlişvili bəyan edib.
"Gürcüstanın veto qoymaq hüququ var və bizim səsimiz olmadan Rusiya təşkilata daxil ola bilməz", - o qeyd edib.
Rusiyanın iqtisadi inkişaf naziri Elvira Nabiullina və AŞ-nin ticarət komissarı Karel de Quxt dünən RF-nin Ümumdünya Ticarət Təşkilatına qoşulması ilə əlaqədar danışıqların başa çatması haqqında memorandum imzalayıblar. "Rusiyanın ÜTT-yə qoşulması reallığa çevrilir", - Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Brüsseldə AŞ-Rusiya sammitinin yekunları üzrə görüşdə bəyan edib.
Mçedlişvili mövcud məsələ üzrə Rusiya və Gürcüstan arasında danışıqların başlaması imkanını istisna etmir.
"Gürcüstan danışıqlara hazırdır, lakin Psou çayı və Rok tunelində gömrük məntəqələrinin qanuniləşdirilməsi ilə bağlı mövqeyimiz dəyişməz qalır", - o qeyd edib.