MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası gələn il martın sonu - aprelin əvvəlində Kiyevdə keçiriləcək. Bu barədə MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məlumat verib. Xəbəri "RİA Novosti" yazır.
Onun sözlərinə görə, cümə axşamı Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclası zamanı 14 məsələ müzakirə ediləcək.
"Xüsusilə, bu, ATƏT çərçivəsində MDB-nin iştirakçı dövlətlərinin qarşılıqlı fəaliyyəti haqqında layihə, MDB və Avrasiya İqtisadi Birliyi arasında MDB-nin İqtisad Məhkəməsinin Avrasiya İqtisadi Birliyinin funksiyalarını yerinə yetirməsi haqqında sazişə dəyişikiliklər edilməsi barədə protokol layihəsidir", - Lebedev qeyd edib.
Onun sözlərinə görə, MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2011-ci ilin martın sonu - aprelin əvvəlində Kiyevdə keçirilməsi barədə qərar da qəbul edilib.