...

Azərbaycanın xarici işlər naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Siyasət Materials 17 Dekabr 2010 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncını qəbul edib. Bu barədə cümə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

İlk növbədə, qonaq onu qəbul etdiyi üçün nazirə öz dərin minnətdarlığını bildirərək, başçılıq etdiyi qurumun hazırkı fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib.

Öz növbəsində nazir türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin və mövcud həmrəyliyin möhkəmləndirilməsinin Avrasiya regionundakı əməkdaşlığı daha da dərinləşdirəcəyinə əminliyini bildirirək, qonağa gördüyü bütün işlərdə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti