...

Milli Məclis Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni təsdiq edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 Dekabr 2010 16:48 (UTC +04:00)
Azərbaycan Parlamenti Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni təsdiq edib.
Milli Məclis Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni təsdiq edib (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonda əlavə olunub

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni təsdiq edib.

"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da İstanbulda imzalayıb.

Türkiyə parlamentinin deputatı Mustafa Kabakçı öncə Trend-ə telefonla bildirib ki, hazırda "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" Xarici İşlər Nazirliyindədir və parlamentə daxil olanda ratifikasiya edilmə vaxtı müəyyənləşəcək.

Milli Məclis çərşənbə axşamı "Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında" bəyanatı da ratifikasiya edib.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin iclasında deyib ki, bu bəyanat həm indiki layihələrin həyata keçirilməsi, həm də iki ölkənin gələcək əməkdaşlığı baxımından əhəmiyyətlidir.

Xəbər lenti

Xəbər lenti