...

Azərbaycan yeni yaradılmış İraq hökumətini dəstəkləyir - XİN

Siyasət Materials 22 Dekabr 2010 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycan Respublikası İraq xalqını dəstəkləyir və İraq ilə mövcud tarixi və mədəni əlaqələrin genişlənməsində və möhkəmlənməsində maraqlıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Azərbaycan Respublikası Nuri əl-Malikinin başçılıq etdiyi yeni hökumətin təşkil edilməsini alqışlayır və inanır ki, yeni yaradılmış İraq hökuməti ölkədə sabitliyi və təhlükəsizliyi təmin edəcək, İraq xalqının tərəqqisinə və rifahına xidmət edəcək", - bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti