...

VHP sədri beynəlxalq simpoziumda Türkiyədən gözləntilər barədə danışacaq

Siyasət Materials 5 Yanvar 2011 14:03 (UTC +04:00)
Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı beynəlxalq simpoziumda "Türkiyə-Azərbaycan əlaqələri və Türkiyədən gözləntilər" mövzusunda məruzə ilə çıxış edəcək.
VHP sədri beynəlxalq simpoziumda Türkiyədən gözləntilər barədə danışacaq

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı beynəlxalq simpoziumda "Türkiyə-Azərbaycan əlaqələri və Türkiyədən gözləntilər" mövzusunda məruzə ilə çıxış edəcək. Trend-in VHP-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Türkiyə Türk Dünyasının gözü ilə" adlı simpozium yanvarın 8-də İstanbul Universitetində işə başlayacaq.

Rüstəmxanlı Trend-ə açıqlamasında bildirib ki, Türkiyəyə səfəri çərçivəsində görüşlər planlaşdırılmasa da, diaspor nümayəndələri və Türkiyənin ictimai və siyasi xadimləri ilə görüşlərin keçiriləcəyi istisna olunmur.

Rüstəmxanlı simpozium üçün hazırladığı məruzədən də danışıb.

"Türkiyə və Azərbayanın geosiyasi önəmi artdıqca bu iki qardaş ölkə arasında münasibətlərə zərbə vurmaq istəyən qüvvələr tapılır. Buna təmkinlə yanaşmaq və tədbirimizi almaq lazımdır. Eyni zamanda, bölgədə əsas güclərdən və dünya türklərinin aparıcı dövlətlərindən biri olaraq Türkiyənin tarixi missiyaları var və hədəf də onların həyata keçirilməsi ilə bağlı işlər olmalıdır. Simpoziumda bunların müzakirəsi gözlənilir", - Rüstəmxanlı əlavə edib.

Xəbər lenti

Xəbər lenti