...

Rusiya hüquq-mühafizə orqanlarına 20 Yanvar faciəsi ilə bağlı cinayət işi üzrə sorğu göndərilib - Baş Prokurorluq

Siyasət Materials 14 Yanvar 2011 14:10 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xdmətindən cümə günü Trend-ə verilən məlumata görə, məlum hadisələrlə bağlı həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyət və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Rusiya hüquq-mühafizə orqanlarına 20 Yanvar faciəsi ilə bağlı cinayət işi üzrə sorğu göndərilib - Baş Prokurorluq

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Baş Prokurorluğu 20 Yanvar faiciəsi ilə bağlı başlanmış cinayət işi üzrə istintaqı davam etdirir.

Baş Prokurorluğun mətbuat xdmətindən cümə günü Trend-ə verilən məlumata görə, məlum hadisələrlə bağlı həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyət və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Rusiya hüquq-mühafizə orqanları cinayət işinin materiallarını  Azərbaycana qaytarmır.

"Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından, 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib", - prokurorluqdan deyilib.

Prokurorluqdan bildirib ki, 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması qənaətinə gəlinərək, 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib.

Azərbaycanın Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək, yenidən cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Hadisə baş verən zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdülrəhman Vəzirov, Nazirlər Sovetinin sədri olmuş Ayaz Mütəllibov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə 1994-cü ildə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs-qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Cinayətdə təqsirli bilinən, həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi olmuş Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti