...

Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı hər iki tərəfi daha güclü edəcək – Avropa Komissiyasının sədri

Siyasət Materials 14 Yanvar 2011 16:23 (UTC +04:00)
Bu gün Azərbaycan və Avropa İttifaqı hər iki tərəfin qarşılaşdığı problemlərin həlli üçün birgə işləməlidirlər. Bu barədə cümə günü Bakıda Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Bakı Dövlət Universitetinin tələbələri qarşısında çıxışı zaman deyib.
Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı hər iki tərəfi daha güclü edəcək – Avropa Komissiyasının sədri

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir A.Qasımova/

Bu gün Azərbaycan və Avropa İttifaqı hər iki tərəfin qarşılaşdığı problemlərin həlli üçün birgə işləməlidirlər. Bu barədə cümə günü Bakıda Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Bakı Dövlət Universitetinin tələbələri qarşısında çıxışı zaman deyib.

"Sərhədlərə hörmət etməkdən imtina edən bir-birindən asılı iqtisadiyyat, ekoloji fəlakətlər, internetdən üzvlər cəlb etmək üçün istifadə edən terrorçu qruplar - bunlar həm İspaniya və Almaniyada, eləcə də Azərbaycanda akual olan yalnız bir neçə nümunədir", - Barrozu qeyd edib.

Avropa komissarının sözlərinə görə, Avropa İttifaqı ilə birlikdə bu çağırışlar üzərində iş həm Aİ-ni, həm də Azərbaycanı daha güclü edəcək. "Aİ institutları, üzv dövlətlər və Azərbaycan arasında əlaqələri dərinləşdirərək, biz hər iki tərəfə siyasi təsir göstərəcək transformasiya effektini təşviq edirik. Real və nəzərəçarpan irəliləyiş etibarı möhkəmlədəcək və cəsur siyasi və iqtisadi islahatları təşviq edəcək", - Barrozu qeyd edib.

Onun sözlərinə görə, demokratiya, qanunun aliliyi, söz azadlığı Avropa İttifaqının konsepsiyasında geniş qeyd olunan əhəmiyyətli dəyərlərdir, "onlar stabillik və çiçəklənməyə nail olmaq haqqında suala cavabın bir hissəsidir".

"Avropa İttifaqı sizin tərəfdaşınızdır və siz Aİ-yə arxalana bilərsiniz", - Avropa komissarı bildirib. Barrozunun sözlərinə görə, Azərbaycanın da iştirakçısı olduğu Avropanın tarixi göstərir ki, inam və müəyyənlik olanda, bütün problemlər dəf edilə bilər. "Əminlik və qətiyyətlilik əməkdaşlığımızı irəliyə aparmaq üçün əsas sözlərdir. Azərbaycanın dahi şairi və filosofu Nizami Gəncəvinin dediyi kimi: "müsibət üz verəndə ümidini itirmə; qara buluddan yağış təmiz yağar", - Barrozu əlavə edib.

Sədr Joze Manuel Barrozunun başçılığı ilə Avropa Komissiyasının nümayəndə heyəti yanvarın 13-də Bakıya gəlib. Bu, Avropa Komissiyası sədrinin hazırkı vəzifədə olduğu müddət ərzində Azərbaycana ilk səfəridir. Barrozunu energetika üzrə Avropa komissarı Günter Ottinger müşayiət edir.

Xəbər lenti

Xəbər lenti