...

RF-nin ATƏT-dəki daimi nümayəndəsi həll olunmamış münaqişələr məsələsində Litvanı dəstəkləyir

Siyasət Materials 15 Yanvar 2011 11:25 (UTC +04:00)
Rusiya Litvanın ATƏT məkanında münaqişələrin nizamlanması işində "velosiped icad etməmək", realist yanaşmalara və Hippokratın "ziyan vermə" prinsipinə söykənərək, beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində ATƏT-in öhdəliklərinin üstünlüyünü nəzərə almaqla bağlı təşəbbüslərini bölüşür.
RF-nin ATƏT-dəki daimi nümayəndəsi həll olunmamış münaqişələr məsələsində Litvanı dəstəkləyir

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir A.Qasımova/

Rusiya Litvanın ATƏT məkanında münaqişələrin nizamlanması işində "velosiped icad etməmək", realist yanaşmalara və Hippokratın "ziyan vermə" prinsipinə söykənərək, beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində ATƏT-in öhdəliklərinin üstünlüyünü nəzərə almaqla bağlı təşəbbüslərini bölüşür. Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Ənvər Əzimov bildirib.

"Ümid edirik ki, litvalı həmkarlar bu sahədə fəaliyyətlərində yalnız MDB məkanına qapanmadan, coğrafi balanslaşdırılmış xəttə əməl edəcəklər", - Vyanada keçirilən ATƏT Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı Əzimov bildirib. Bu barədə RF XİN məlumat verib.

Onun sözlərinə görə, münaqişələrin nizamlanmasının vahid prinsiplərinin işlənib hazırlanmasının təxirəsalınmaz vəzifəsinə lazımi diqqət yetirilməsini də nəzərə almaq lazımdır.

Litva ATƏT-ə sədrliyi yanvarın 1-də Qazaxıstandan alıb.

ATƏT ərazisində üç həlli yubanan münaqişə mövcuddur: Dağlıq Qarabağ, Cənubi Osetiya və Dnestryanı.

Xəbər lenti

Xəbər lenti