...

Azərbaycan Prezidenti gəmi təmiri zavodunun ərazisində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 21 Yanvar 2011 18:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində gəmi təmiri zavodunun ərazisində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Prezidenti gəmi təmiri zavodunun ərazisində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində gəmi təmiri zavodunun ərazisində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı 2011-ci ildə qarşıda duran vəzifələr sırasında Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi barədə tapşırıqlar verib. Azərbaycan Prezidentinin tapşırıqlarının həyata keçirilməsi ilə əlaqədar Bakı buxtasında yerləşən bir sıra müəssisə və obyektlərin, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunun və digər sənaye obyektlərinin köçürülməsi zərurəti yaranıb.

Verilən tapşırıqların operativ həlli istiqamətində görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı gəmi təmiri zavodunun sökülən hissəsində işlərin gedişi ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Foto-Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti