...

AŞ PA Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı hesabatını təqdim edib

Siyasət Materials 24 Yanvar 2011 15:54 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri sakit tərzdə keçib və irəliləyişlər əldə olunub.
AŞ PA Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı hesabatını təqdim edib

Fransa, Strasburq, 24 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanda parlament seçkiləri sakit tərzdə keçib və irəliləyişlər əldə olunub. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış plenar sessiyasında 7 noyavr 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrinə dair qurumun seçkiləri müşahidə missiyasının hesabatının təqdimatında polşalı deputat Tadeus İvinski deyib.

Azərbaycanda AŞ PA-nın seçkiləri müşahidə missiyasının hesabatı haqqında Polşalı deputat Tadeus İvinski deputatlara məlumat verib.

"Bəzi həmkarlarımız bizim seçki ilə bağlı hesabatımızı bəyənmirlər və bunun qeyri-obyektiv olduğunu və 7 noyabr seçkilərinin düzgün keçirilmədiyini bildirirlər. Hesab edirəm ki, bu, çox tarazlaşdırılmış bir hesabatdır və bizim müşahidə missiyamızın üzvləri də irəliləyişlərin olduğunu qeyd edirlər. Lakin AŞ PA hesab edir ki, Azərbaycan bu istiqamətdə daha çox səy göstərməlidir ki, seçki sahəsində konsensus əldə olunsun. Əminəm ki, AŞ PA, ümumulikdə AŞ Azərbaycan ilə bundan sonra da əməkdaşlığı davam etdirməyə və ona demokratik sistemin möhkəmləndirilməsində yardım etməyə hazırdır", - İvinski qeyd edib.

Xəbər lenti

Xəbər lenti