...

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasına azərbaycanlı məruzəçi təyin olunub

Siyasət Materials 24 Yanvar 2011 18:37 (UTC +04:00)
Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasına azərbaycanlı məruzəçi təyin olunub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Baş Prokurorluğundan məlumat veriblər.
Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasına azərbaycanlı məruzəçi təyin olunub

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Hacıyev/

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasına azərbaycanlı məruzəçi təyin olunub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Baş Prokurorluğundan məlumat veriblər.

Məlumatda qeyd olunub ki, ötən həftə assosiasiyanın Sinqapurda yığıncağı keçirilib. Yığıncaqda ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və ədliyyə nazirinin köməkçisi Adil Əbilov təmsil ediblər. Tədbirdə Azərbaycan nümayəndəsi strategiya layihəsi üzrə məruzəçi təyin olunub.

Müzakirələr şəraitində keçən yığıncaqda ölkəmizin nümayəndə heyəti BMT-nin müvafiq konvensiyasının tələbləri, mübarizənin müasir tendensiyaları, korrupsiya formalarının mürəkkəbliyi nəzərə alınmaqla layihənin təkmilləşdirilməsinə dair təkliflər irəli sürüb və həmin təkliflər bəyənilib.

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası beş il əvvəl yaradılıb. Assosiasiyanın məqsədi korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə təşviqidir.

Xəbər lenti

Xəbər lenti