...

Azərbaycanın xarici işlər naziri Litva Seyminin sədri ilə iki ölkə arasındakı əlaqələrin genişləndirilməsini müzakirə edib

Siyasət Materials 9 Fevral 2011 17:14 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın xarici işlər naziri Litva Seyminin sədri ilə iki ölkə arasındakı əlaqələrin genişləndirilməsini müzakirə edib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər ölkələr arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, turizm, enerji, kənd təsərrüfatı kimi sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd olunub.

Məmmədyarov Cənubi Qafqazdakı vəziyyət barədə danışaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsini regionun ümumi inkişafına mane olan hal kimi qiymətləndirib, XXI əsrdə Ermənistanın Azərbaycan torpaqlarının işğal altında saxlaması, orada etnik təmizləmələrin aparılması və dinc əhalinin zorakılıqla öz doğma evlərindən qovulması faktı ilə bağlı dünya ictimaiyyətinin birmənalı mövqeyini bildirməsinin vacibliyini vurğulayıb.

Xanım Dequtiene ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı dəstəklədiyini deyərək, Litva Seymində 50-yə yaxın deputatın imzası ilə münaqişəyə dair qətnamənin hazırlandığını deyib. Problemin tezliklə və sülh yolu ilə həll olunmasını arzulayan litvalı qonaq bunun üçün beynəlxalq strukturların səylərinin artmasının vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti