...

Azərbaycanın hakim partiyası MSK-dakı nümayəndələrini dəyişməyə bilər

Siyasət Materials 10 Fevral 2011 13:17 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Mərkəzi Seçki Komissiyasındakı nümayəndələrini dəyişməyə bilər.
Azərbaycanın hakim partiyası MSK-dakı nümayəndələrini dəyişməyə bilər

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası Mərkəzi Seçki Komissiyasındakı nümayəndələrini dəyişməyə bilər.

"YAP olaraq bizi beş il ərzində MSK-da təmsil etmiş üzvlərin fəaliyyətindən razıyıq. Bu da MSK-nın növbəti tərkibinin formalaşması zamanı YAP-ın yanaşmasının əsasında dayanacaq", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Əhmədov deyib ki, bu yaxınlarda siyahı partiya tərəfindən Milli Məclisə təqdim olunacaq.
Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, Mərkəzi seçki Komissiyası beş ildən bir yenidən formalaşdırılır. MSK-nın 18 üzvündən altısı Parlamentdə çoxluq təşkil edən partiyanın nümayəndələri olur. Qalan on iki nəfərdən altı nəfər bitərəflərin, digər altı nəfər isə Parlamentdə azlıqda olan partiyaların nümayəndələri olur.

Xəbər lenti

Xəbər lenti