...

Rusiya və Azərbaycanın birgə keçirdiyi əməliyyatlarda 400 kiloqram həşiş müsadirə edilib

Siyasət Materials 11 Fevral 2011 13:04 (UTC +04:00)
Rusiyalı narkopolislər azərbaycanlı həmkarları ilə birgə ilin əvvəlində Əfqanıstandan Rusiyaya həşiş keçirilməsi kanallarının qarşısının alınması üzrə üç əməliyyat keçirərək təxminən 400 kiloqram narkotik maddə müsadirə ediblər.
Rusiya və Azərbaycanın birgə keçirdiyi əməliyyatlarda 400 kiloqram həşiş müsadirə edilib

İlin əvvəlində Rusiya və Azərbaycanın Əfqanıstandan Rusiyaya həşiş keçirilməsi kanallarının qarşısının alınması üzrə birgə keçirdiyi üç əməliyyat nəticəsində təxminən 400 kiloqram narkotik maddə müsadirə edilib. Bunu cümə günü jurnalistlərə Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin rəhbəri (NDNFX) Viktor İvanov bildirib. Trend-in məlumatına görə,  bu barədə "RİA Novosti" yazır.

"Bu ilin əvvəlində Rusiya NDNFX-nin əməkdaşları Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyindəki həmkarları ilə birgə Əfqanıstandan Rusiya Federasiyasına həşiş keçirilməsi kanallarının qarşısının alınması üzrə bir sıra uğurlu əməliyyatlar keçiriblər. Həmin əməliyyatların nəticəsində 400 kiloqram əfqan həşişi müsadirə olunub", - İvanov bildirib.

Xəbər lenti

Xəbər lenti