...

Ermənilərin Qaradağlı kəndində törətdiyi soyqırım cinayəti haqqında kitab nəşr olunub (FOTO)

Siyasət Materials 11 Fevral 2011 14:05 (UTC +04:00)
Qaradağlı kəndində ermənilərin törətdiyi soyqırım haqqında kitab nəşr olunub. Cümə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında kitabın təqdimatı keçirilib.
Ermənilərin Qaradağlı kəndində törətdiyi soyqırım cinayəti haqqında kitab nəşr olunub (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir T.Hacıyev/

Qaradağlı kəndində ermənilərin törətdiyi soyqırım haqqında kitab nəşr olunub. Cümə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxışı zamanı Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev deyib ki, Qaradağlıda Xocalıda törədilən soyqırıma bənzər hadisələr törədilib.

Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin icraçı direktoru, tarixçi Məhərrəm Zülfüqarlı bildirib ki, Qaradağlı kəndi tarixi türk yurdudur və orada baş verənlər tədqiq edilməlidir.

Qaradağlı kəndi Xankəndi və Xocavənd şəhərlərini birləşdirən yolun üzərində yerləşir. 800 evdən ibarət kənd əsasən ermənilərin məskunlaşdığı kəndlərlə əhatə olunmuşdu.

1992-ci ilin fevralın 17-də Sovet Silahlı Qüvvələrinin Xankəndində yerləşən 366-cı alayının şəxsi heyətinin birbaşa iştirakı ilə Qaradağlı kəndi işğal olunub. İşğal nəticəsində kənddə 90 nəfər şəhid olub, 6 nəfər itkin düşüb, 9 nəfər isə əsir götürülüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti