...

Misir prezidenti ailəsi ilə birgə Qahirəni tərk edib - TV (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Fevral 2011 17:29 (UTC +04:00)
Misir prezidenti Hüsnü Mübarək səlahiyyətlərinin bir hissəsini vitse-prezident Ömər Süleymana təhvil verərək öz ailəsi ilə birgə Qahirəni tərk edib. Trend-in məlumatına görə, bu barədə xəbəri cümə günü "Əl-ərəbiyyə" telekanalı yayıb.
Misir prezidenti ailəsi ilə birgə Qahirəni tərk edib - TV (ƏLAVƏ OLUNUB)

(İlk xəbər 16:51-də yayılıb)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Misir prezidenti Hüsnü Mübarək səlahiyyətlərinin bir hissəsini vitse-prezident Ömər Süleymana təhvil verərək öz ailəsi ilə birgə Qahirəni tərk edib. Trend-in məlumatına görə, bu barədə xəbəri cümə günü "Əl-ərəbiyyə" telekanalı yayıb.

Məlumata görə, Mübarək hərbi təyyarə ilə BƏƏ-nin Dubay şəhərinə gedib.

Yanvarın 25-də Misirdə sonradan kütləvi iğtişaşlara çevrilən hökumət əleyihə aksiyalar keçirilməyə başlayıb. Azı 300 nəfər həlak olub, orta hesabla 5 min nəfər xəsarət alıb. Nümayişçilər Qahirənin Təhrir meydanına yığışmaqda və Mübarəkin dövlət başıçısı vəzifəsindən getməsini tələb etməkdə davam edirlər.

Xəbər lenti

Xəbər lenti