...

Fransa Azərbaycan FHN-lə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlıdır

Siyasət Materials 12 Fevral 2011 14:36 (UTC +04:00)
Fransa Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Mariani fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşdə deyib.
Fransa Azərbaycan FHN-lə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Fransa Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Mariani fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşdə deyib.

Nazirliyin İnternet saytının yaydığı məlumata görə, fransalı qonaq Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

Heydərov fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Müasir tələblərə cavab verən yeni texnika və avadanlıqların alınmasına xüsusi diqqət yetirən nazirliyin Fransanın müvafiq şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğu qonağın diqqətinə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti