Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general İşıq Koşanerin fevralın 16-da Azərbaycana nəzərdə tutulan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə çərşənbə günü Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfərin təxirə salınmasının səbəbləri açıqlanmır.
Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq barədə saziş mövcuddur.