...

Dövlət Gömrük Komitəsinin sədri Argentinada səfərdədir

Siyasət Materials 22 Fevral 2011 09:48 (UTC +04:00)
Fevralın 21-də Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Argentinanın Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın dəvəti ilə bu dövlətə səfəri başlamışdır, Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə daxil olan məlumatında deyilir.
Dövlət Gömrük Komitəsinin sədri Argentinada səfərdədir

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin fevralın 21-də Argentinanın Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın dəvəti ilə bu dövlətə səfəri başlayıb, Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Argentinada dövlət gəlirlərinin yığımı və nəzarətinə məsul olan AFİP-ə gömrük, vergilər və sosial təminat kimi üç xidmət daxildir.

Səfərin ilk günü Əliyev Argentina gömrük xidmətinə gəlmiş, burada iki ölkənin gömrük orqanlarının rəhbərləri arasında fikir mübadiləsi aparılmış, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçdiyi tarixi yol və fəaliyyətinə dair film nümayiş olunmuşdur.

Görüşdən sonra Əliyev Argentina gömrük xidmətinin rəhbər heyətinin müşayiəti ilə Buenos-Ayres portunun gömrük terminalına gəlmiş və terminalın fəaliyyəti ilə tanış olmuşdur.

Səfər çərçivəsində iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması, "Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından" adlı sərginin və Dövlət Gömrük Komitəsi tərəfindən nəşr edilmiş kitabların təqdimatının keçirilməsi, həmçinin Argentinanın hökumət, ictimai və işgüzar dairələrində görüşlər nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti