...

TÜRKPA və Qırğızıstan arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə olunacaq

Siyasət Materials 28 Fevral 2011 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir M.Əliyev/

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov 28 fevral - 3 mart tarixləri arasında Qırğızıstana səfər çərçivəsində TÜRKPA və qurucu üzv ölkələrdən biri olan Qırğızıstan arasında əlaqələrin yenidən möhkəmləndirilməsi müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi TÜRKPA-nın mətbuat xidmətindən bildiriblər.

Səfər zamanı TÜRKPA baş katibinin Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlament) sədri Axmatbek Keldibekov, Xarici İşlər Naziri Ruslan Kazakbayev ilə görüşü nəzərdə tutulub. Görüş çərçivəsində həmçinin Qırğızıstan rəsmilərinə Assambleyanın 2010-cu il fəaliyyəti ilə bağlı məlumat veriləcək.

Ramil Həsənov Qırğızıstan parlamentinin sədri ilə 27-29 aprel 2011-ci ildə Astana şəhərində keçiriləcək TÜRKPA-nın II plenar iclasına hazırlıqla bağlı geniş fikir mübadiləsi də aparacaq.

Xəbər lenti

Xəbər lenti