...

İran Xocalı soyqırımının ildönümünü niyə qeyd etmədi?

Siyasət Materials 28 Fevral 2011 12:46 (UTC +04:00)
Xocalı soyqırımına İranın hörmətsiz, saymazyana münasibəti Şuşanın işğalında İranın iştirakının təsadüfi olmadığını göstərir. Trend-in məlumatına görə, bu fikirləri Milli.Az xəbər portalına politoloq Mübariz Əhmədoğlu bildirib.
İran Xocalı soyqırımının ildönümünü niyə qeyd etmədi?

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Xocalı soyqırımına İranın hörmətsiz, saymazyana münasibəti Şuşanın işğalında İranın iştirakının təsadüfi olmadığını göstərir. Trend-in məlumatına görə, bu fikirləri Milli.Az xəbər portalına politoloq Mübariz Əhmədoğlu bildirib.

Siyasi şərhçinin diqqətindən b ir məqam yayınmayıb - Azərbaycanın bu və ya digər dərəcədə əlaqəsi olduğu bütün dövlətlər, o cümlədən İsrail Xocalı soyqırımının ildönümünü qeyd etdiyi halda, İran İslam Respublikası qeyd etmədi. Halbuki Xocalı soyqırımı müasir bəşər tarixində ən əzazil, vəhşiliklə törədilmiş qətliamdır.

"Hətta Xocalıya vəhşi heyvanlar da hücum etsəydi, o qədər insanın qanını içə bilməz, geri çəkilərdilər. Fələstin ərazisində də belə qətl olmayıb" - deyən M.Əhmədoğlu bildirir ki, İran həmişə Azərbaycanın işğal probleminə saymazyana yanaşıb: "Bu, onu deməyə əsas verir ki, İran Şuşanın işğalını özü şüurlu şəkildə təşkil etmişdir. İran Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlıdır. Çünki bu, Azərbaycanı zəiflədir, zəif göstərir. Şükürlər ki, indi Azərbaycan geridönməz inkişaf yolundadır. İran Azərbaycanla bağlı arzusuna çatmayacaq. İranı qorxudan da Azərbaycanın geridönməz inkişafıdır".

Əhmədoğlu İranın dini dairələrinin Azərbaycanın həssas məsələlərinə olan münasibətindən də danışdı: "Ərdəbilin imamcüməsi ayrı fenomendir. Bu barədə məlumatlarımız var; vaxtı gələndə bölüşəcəyik. Ən təsirli faktlardan biri odur ki, Tehranın nə Bakıdakı səfirliyində, nə də ki Ocaq Necatın rəhbəri olduğu İslam Mədəniyyət Mərkəzində bu soyqırım qeyd olunmadı. İşğal olunmuş ərazilərimizin azad olunması məsələsində Allah İranın Azərbaycana köməyini qismət eləməsin! Yəhudinin, xristianın köməyi İranın köməyindən daha səmimidir; Xristian və yəhudinin köməyi İran kimi müsəlman dövlətinin köməyinə nisbətən daha əxlaqidir" , - Əhmədoğlu belə hesab edir.

Politoloq deyir ki, İran kimi müsəlman dövlət ilə xristian dövlətlərinin Xocalı faciəsinə münasibətlərinin müqayisəli təhlilini aparmaq üçün İslam dünyasında çox nüfuzlu və mötəbər dini lider olan Yusif əl-Qərdaviyə müraciət etmək olar. İndi o, azadlıqdadır. Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ probleminin mahiyyətinin İslam içtimaiyyətinə çatdırılmasında bu mütəfəkkirin imkanlarından istifadə etmək faydalıdır.

Xəbər lenti

Xəbər lenti