...

Demokratiya Uğrunda İttifaqın dağılmasının əsas səbəbkarı Əhməd Orucdur – KXCP funksioneri

Siyasət Materials 28 Fevral 2011 16:59 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) dağılmasının əsas səbəbkarı Əhməd Orucdur.
Demokratiya Uğrunda İttifaqın dağılmasının əsas səbəbkarı Əhməd Orucdur – KXCP funksioneri

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir T.Hacıyev/

Demokratiya Uğrunda İttifaqın (DUİ) dağılmasının əsas səbəbkarı Əhməd Orucdur. Bu barədə bazar ertəsi Trend-ə Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib. Onun sözlərinə görə, 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra Əhməd Oruc həvəsdən düşmüşdü və ara-sıra DUİ-nin fəaliyyətinə yenidən baxılması məsələsini gündəliyə gətirirdi.

"Sonda bu məsələ DUİ-nin sədrlər şurasının müzakirəsinə çıxarıldı və DUİ-nin buraxılması haqqında razılıq əldə olundu. Sonradan Əhməd Oruc və Vüqar Bəyturan hansısa siyasi maraqlardan, siyasi tərəflərin hansısa formada diqtəsindən sonra belə görüntü yaratmağa çalışdılar ki, guya DUİ fəaliyyətinə xitam verməyib", - Teyyublu vurğulayıb.

KXCP funksioneri bildirib ki, Əhməd OrucVüqar Bəyturan haradasa bir toplantı keçirib DUİ-yə süni nəfəs verməyə çalışırlar.

"Kimin harada nə etməsindən asılı olmayaraq DUİ-nin fəaliyyətinə xitam verilib və həmin təşkilat Azərbaycanın şanlı tarixinə qovuşub", - o qeyd edib.

"Bütün tədbirlər KXCP tərəfindən təşkil olunurdu və bütün tədbirlər bizim qərargahda keçirilirdi. Dörd il bundan qabaq belə bir qurumun yaranması üçün zərurət var idi, lakin bu gün artıq belə bir zərurət yoxdur və təşkilat fəaliyyətinə xitam verib. Burada heç bir qəbahət də axtarmaq düzgün deyil", - o deyib.

Demokratiya Uğrunda İttifaq 2007-ci ildə təsis olunub. Quruma Azadlıq, Milli Qurtuluş və Azad Azərbaycan partiyaları daxil idi. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumu olub.

Bir müddət öncə KXCP DUİ-nin öz fəaliyyətini dayandırdığı barədə məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti