...

Azərbaycanın Bosniya və Herseqovinada yeni diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb

Siyasət Materials 2 Mart 2011 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Bosniya və Herseqovinada yeni diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb. Trend-in Azərbaycanın Serbiyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı Sarayevo şəhərində nümayəndəliyin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Bosniya və Herseqovinanın hər üç xalqını təmsil edən hökumət nümayəndələri və parlament üzvləri, siyasi partiya və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın iqamətgahı Buxarestdə olmaqla Bosniya və Hersoqovinada akkreditə olunmuş səfiri Eldar Həsənov qeyd edib ki, Azərbaycan Qərbi Balkan ölkələri, o cümlədən Bosniya və Herseqovina ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

"Azərbaycan dövlətinin Sarayevoda diplomatik nümayəndəlik açmaq barədə qərarı buna əyani sübutdur", - səfir əlavə edib.

Daha sonra Həsənov diplomatik missiyanın hər iki ölkə xalqlarının daha da yaxınlaşmasına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları Sarayevodakı Bakı küçəsi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti