...

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb

Siyasət Materials 5 Mart 2011 13:29 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə üçtərəfli görüşü başlayıb
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb. Trend-in məlumatına görə, bu barədə Rusiyanın "RİA Novosti" agentliyi xəbər verir.

Rəsmi şəraitadə başlayan dəyirmi masa arxasında danışıqlar az sonra daha qeyri-formal atmosferdə, liderlərin dağ xizəyi trasslarından birinə qalxacaqları vaxt davam etdiriləcək. Prezidentlərin aktual məsələləri işgüzar nahar masası arxasında da müzakirə edəcəkləri ehtimal olunur.

Üçtərəfli formatda artıq səkkiznci dəfə keçirilən danışıqların əsas mövzusu Dağlıq Qarabağ nizamlamasıdır.

Xəbər lenti

Xəbər lenti